Mourinyo: "Buna yalnız axmaqlar inana bilər"

Joze Mourinyo daha bir qalmaqalla gündəmdədir.

Sportline.az xəbər verir ki, "Roma"nın çalışdırıcısı "Montsa" ilə matçda rəqibin futbolçusunu ələ saldığı üçün qırmızı vərəqə aldıqdan sonra 1 oyunluq cəzalanması ilə bağlı məşhur insayder Canluka Di Marzioya danışıb.

"İnter"lə oyunu buraxmağım üçün qırmızı vərəqə aldığımı düşünürsünüz? Buna yalnız axmaqlar inana bilər. Ehtiyat oyunçular skamyasında olmamağıma çox təəssüflənirəm. Mən bu diskvalifikasiyaya layiqəmmi? Bu, başqa mövzudur. Digər məşqçilərin də eyni jest etdiyini görmüşəm, məşqçilərin məndən daha pis etiyini görmüşəm. amma eyni şey həmişə mənim başıma gəlir. Mövsüm boyu özümü çox düzgün apardım, bu jestimə görə meydandan qovuldum" - deyə Mourinyo bildirib.