Mourinyo: "Mənə paxıllıq edirlər"

"Roma"nın baş məşqçisi Joze Mourinyo ona paxıllıq edildiyini hesab edir.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə İtaliya mətbuatına danışıb.

"Mütəmadi olaraq cəzalarla, cərimələrlə üz-üzə qalıram. Hesab edirəm ki, mənə paxıllıq edirlər" - deyə Mourinyo bildirib.