Mourinyo: "Müdafiədə səhvsiz oynadıq"
Bu gün İtaliya A Seriyasında Roma derbisi baş tutub.
Sportline.az xəbər verir ki, "Latsio" ilə qolsuz heç-heçə edən "Roma"nın baş məşqçisi Joze Mourinyo matçı dəyərləndirib.
"Müdafiədə səhvsiz oynadıq. Bilirdik ki, çətin olacaq. Əlimizdən gələni etdik. İkinci hissədə qol vəziyyətlərimiz oldu. Amma hesab açılmadı" - deyə Mourinyo mətbuat konfransında bildirib.