Mourinyo "Real"ın qarşısında şərt qoydu

Joze Mourinyonun "Real"a qayıdacağı ilə bağlı söz-söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, portuqaliyalı mütəxəssis də İspaniyaya köçməyə hazırdır. 

"Mirror"un məlumatına görə, J.Mourinyo Santiaqo Solarini əvəzləməyə razılıq verib. Amma "kral klubu"nun qarşısında şərt qoyub. 

Mütəxəssis Madrid klubunun rəhbərliyindən hücum və müdafiə xəttinin gücləndirilməsi üçün büdcə tələb edib. Tərəflər arasında razılıq əldə olunsa, J.Mourinyo qış transfer pəncərəsində "Real"a keçə bilər.

Qeyd edək ki, J.Mourinyo 2010-2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb.