Mourinyo rəqib futbolçuya lağ etdi
"Montsa"nın futbolçusu Alexandro Qomesin öskürək siropuna görə dopinq testdən keçə bilməməsi barədə xəbər vermişdik.
Sprotline.az məşhur insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, bu gün "Montsa"nı minimal hesabla məğlub edən "Roma"nın baş məşqçisi Mourinyo qələbədən sonra Qomesi lağa qoyub.
O, "öskürürəm, amma sirop və ya tablet qəbul etməyəcəyəm, çünki dopinq testlərindən keçməkdə problem yarana bilər" deyib.
Qeyd edək ki, Qomez dopinqə görə futboldan 2 illik uzaqlaşdırılıb.