Mourinyodan Sarriyə sərt cavab

Joze Mourinyo Mauritsio Sarriyə sərt cavab verib.

Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, italiyalı mütəxəssis daha əvvəl demişdi ki, “Roma”nın Roma derbisinə hazırlaşması daha asan olacaq. Çünki “canavarlar”ın Avropa Liqasında “Slaviya” ilə oyunu yoldaşlıq matçı sayıla bilər".

Mourinyo isə bu sözlərə sərt cavab verib: “Sarrinin bu sözlərindən kimsə inciyirsə, o, mən yox, "Slaviya"dır. "Slaviya" zəif rəqibdir? Mən həmişə komandamın rəqiblərinə hörmətlə yanaşıram. Bəlkə də 26 kubok qazanan və faktiki olaraq heç nə qazanmayan məşqçi arasındakı fərq budur. Zəif rəqib yoxdur”, - deyə Mourinyo bildirib.