Mourinyonun hədəfi bəlli oldu

"Roma"nın baş məşqçisi Joze Mourinyonun qışda ilk hədəfi bəlli olub.

Sportline.az "Nogomania"ya istinadla xəbər verir ki, mütəxəssis gələn ay "Fiorentina"nın serb müdafiəçisi Nikola Milenkoviçi transfer etmək istəyir.

Mourinyo bununla da müdafiə xəttini gücləndirmək niyyətindədir.

Milenkoviç 6 ildir ki, "Fiorentina"nın formasını geyinir. Onun keçidi "canavarlar"a azı 18 milyon avroya başa gələcək.