Mövsümdə 49-cu qələbə ilə liderliyi davam etdirir

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, günün maraqla gözlənilən oyununda Şərq konfansının lideri  "Miluoki Baks" Qərb konfransında qərarlaşan "Sakramento Kinqs"lə qarşılaşıb. Oyuna fəal başlayan Sakramento basketbolçuları ilk hissədə 32-27 hesabı ilə irəli çıxıblar. Böyük fasilədən sonra toparlanan "Miluoki" oyunda geri dönüş etməyi bacarıb. "Miluoki Baksın ulduz oyunçusu Yannis Antetukumpo qələbədə əsas pay sahibi olub. 46 xal 12 ribaund 4 asist. Yekunda  133-124 qalib gələn "Miluoki Baks" mövsümdə 49-cu qələbəsini qazanıb. "Miluoki" Şərq konfransına başçılıq etdiyi halda, "Sakramento Kinqs"   Qərb konfransında 3-cü pillədə qərarlaşır.

Qeyd edək ki, günün digər görüşlərində "Detroyt Pistons" "İndiana Peysers"i 117-97, "Minnesota Timbervuls" "Atlanta Houksu" 136-115, "Mayami Hit" "Yuta Cazı" 119-115, "Memfis Qrizlis" "Dallas Məviriksi" 104-88, "Hyuston Rokets" isə "Boston Seltiks"i 111-109 məğlub edib.