Mövsümə Bakıda start veriləcəyi gözlənilir

Formula 1 üzrə daha 3 qran-pri koronavirusa görə keçirilməyəcək.
 
Sportline.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 
 
Bildirilib ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub.
 
Azərbaycan qran-prisi 5 -7 iyunda təşkil olunmalıdı.
 
Qeyd edək ki, Formula 1 rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.