Muhammed Salah Premyer liqada yeni rekorda imza atıb

31 yaşlı hücumçu Muhammed Salah Premyer liqa tarixinə düşüb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, misirli futbolçu "Liverpul" forması ilə 247 oyuna çıxıb.  Muhammed Salah "Kristal Pelas"la görüşün 76-cı dəqiqəsində vurduğu qolla  İngiltərə Prmeyer liqasında yeni rekorda imza atıb. 31 yaşlı hücumçu Prmyer liqa tarixində 150 qol vuran ilk afrikalı futbolçu olub. 

Qeyd edək ki, Muhammed Salah  "Liverpul" forması ilə çıxdığı 247 oyunda 66 məhssuldar ötürmə ilə də yadda qalıb.