Müller “Bavariya”dan ayrılmağa hazırlaşır
“Bavariya”nın almaniyalı futbolçusu Tomas Müller mövsümün sonundü klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi “X” hesabında paylaşım edib.
35 yaşlı futbolçu Münhen klubu ilə yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Müller 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyur.
O bu mövsün bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qol və 5 məhsuldar ötürmə müəllifi olub.