Müller yeni müqavilə istəyir
"Bavariya"nın təcrübəli forvardı Tomas Müller Münhen klubundan qalmaq istəyir.
Sprotline.az jurnalist Corc Holznerə istinadla xəbər verir ki, Müller gələn yay başa çatacaq müqaviləsini yeniləmək istəyir.
34 yaşlı futbolçu komanda üçün önəmli rol daşıyır. Klub rəhbərliyi onun yeni müqaviləyə asanlıqla razılaşacağına inanır.
Qeyd edək ki, cari mövsüm Müller Bundesliqada 10 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.