Müllerdən unikal göstərici

"Bavariya"nın ulduzu Tomas Müller unikal göstəriciyə imza atıb.

Sportline.az xəbər verir ki, o, Bundesliqada 15 mövsümdə qol vuran ilk futbolçu olub.

34 yaşlı təcrübəli futbolçu son olaraq "Darmştadt"la matçda (8:0) fərqlənib.

Müller Bundesliqada 14 mövsümdə "Bavariya"da qol vuran Jerd Müller, Klaus Augenthaleri və Mehmet Şollu qabaqlayıb.