Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Dünya çempionatlarında baş məşqçi və futbolçu kimi ən çox qələbə qazanan şəxslər bəlli olub.

Sportline.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində braziliyalı Mario Zaqallo (23 oyun) qərarlaşıb.

Almaniyalı Frants Bekkenbauer (22) ikinci, Fransa yığmasının hazırkı baş məşqçisi Didye Deşam (19) üçüncü sıradadır. 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik etmiş almaniyalı Berti Foqts dördüncü yerdədir.

Qeyd edək ki, Fransa millisi bu gün Qətərdə keçirilən dünya çempionatının finalında Argentina seçməsi ilə üz-üzə gələcək.

  Oyunçular Ölkə Futbolçu kimi Baş məşqçi kimi Ümumi Mundiallar
1 Mario Zaqallo Braziliya 10 13 23 1958(5), 1962(5) + 1970(6), 1974(3), 1998(4)
2 Frants Bekkenbauer Almaniya 14 8 22 1966(4), 1970(4), 1974(6) + 1986(3), 1990(5)
3 Didye Deşam Fransa 5 14 19 1998(5) + 2014(3), 2018(6), 2022(5)
4 Berti Foqts Almaniya 12 6 18 1970(5), 1974(6), 1978(1) + 1994(3), 1998(3)
5 Yürgen Klinsmann Almaniya 11 6 17 1990(5), 1994(3), 1998(3) + 2006(5), 2014(1)
  Miroslav Kloze Almaniya 17 0 17 2002(5), 2006(5), 2010(3), 2014(4)
7 Helmut Şön Almaniya 0 16 16 1966(4), 1970(5), 1974(6), 1978(1)
  Kafu Braziliya 16 0 16 1994(2), 1998(4), 2002(7), 2006(3)
  Dieqo Maradona Argentina 12 4 16 1982(2), 1986(6), 1990(2), 1994(2) + 2010(4)
  Lionel Messi Argentina 16 0 16 2006(2), 2010(4), 2014(5), 2018(1), 2022(4)