Nani Ronaldo haqqında danışıb

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani Ronaldo haqqında danışıb.

Sportline.az xəbər verir ki, "The Sun"a müsahibə verən Nani bu fikirləri səsləndirib;

"Kriştiano Ronaldo Portuqaliyada keçiriləcək 2030-ci ildəki dünya çempionatında iştirak edəcək. Xüsusi pəhriz saxlayacaq. Qidasına ciddi önəm verən biridir o. Saçları ağarsa belə, futbol oynamağa davam edəcək", - deyə Nani bildirib.

Qeyd edək ki, Ronaldonun 2030-cu ildə 45 yaşı olacaq.