"Napoli" danimarkalı futbolçu üçün 10 milyon avro təklif edib

İtaliyanın "Napoli" klubu "Qalatasaray"ın danimarkalı futbolçusu üçün 10 milyon avro təklif edib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Viktor Nelsson "sarı-qırmızlar"ın rəsmilərinə əsas heyətdə yer ala bilmədiyi üçün klubdan ayırlmaq istədiyini bildirmişdi. "Qalatasaray" rəhbərliyi və Okan Buruk  danimarkalı müdafiəçi üçün gələn təklifləri dəyərləndirəcəyini demişdi.

İtaliyanın "Napoli" klubu Viktor Nelsson üçün 10 milyon avro təklif etsə də "sarı-qırmızılar"daha atığını tələb ediblər. 

Qeyd edək ki, Viktor Nelssonun sərbəst qalma dəyəri 25 milyon avrodur.