"Napoli"də yeni baş məşqçi

"Napoli"də Rudi Qarsiyanı kimin əvəzlədiyi müəyyənləşib.

Sportline.az Neapol klubunun rəsmi saytına istinadla xəbər verir ki, bu, Valter Madzarridir. İtaliyalı mütəxəssis bunadək 11 fərqli klubu çalışdırıb. Hətta bu müddətdə 2 dəfə "Napoli"yə rəhbərlik edib.

Valterlə imzalanan müqavilə cari mövsümün sonuna qədərdir.