"Napoli"nin hücumda çoxlu keyfiyyətli oyunçuları var"

Bu mövsüm qeyri-sabit çıxış edən "Napoli" bu gün "Verona"nı məğlub edib.

Sportline.az xəbər verir ki, Qarsiya bu barədə "Football Italia"ya danışıb.

“Bu gün işimizi gördük, qələbə qazanmaq bizim üçün vacib idi. Hesab 3:0 olanda oyun adətən başa çatır, lakin biz çox uğursuz qol buraxdıq və "Verona"ya oyuna qayıtmağa imkan verdik. Biz daha çox qol vurmalı idik, amma qollarda əməyi olanlara təşəkkür edirik: Raspadori, Politano və Kvaratsxeliya əla iş gördülər”, – deyə Qarsiya bildirib.