Naqelsmann Türkiyə ilə oyunu düşünür
Almaniya millisinin çalışdırıcısüı Yulian Naqelsmann komandasının qarşıdakı oyunlarından danışıb.
Spoertline.az xəbər verir ki, DFB-yə danışan mütəxəssis Türkiyə və Avstriya ilə yoldaşlıq oyunlarını həyəcanla gözlədiyini bildirib.
“Berlindəki stadionda çoxlu türk azarkeş olacaq. Avstriyaya qarşı matç da prestij vəd edir. Vyanada qeyri-adi ab-hava olacaq”, - deyə Naqelsman bildirib.
Qeyd edək ki, Almaniya millisi noyabrın 18-də Türkiyə, 3 gün sonra isə Avstriya ilə yoldaşlıq oyunu keçirəcək.