Nazarov məhsuldar ötürmə verdi, komandası 3 xal qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərifini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Darmştadt" kollektivi olub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Aue təmsilçisi 35-ci dəqiqədə D.Nazarovun ötürməsindən Sevio Sokunun vurduğu qolla 3 xal qazanıb. 

Qeyd edək ki, hesabında 22 xal olan "Ertsqebirge Aue" 10-cu pillədə qərarlaşıb.