NBA-da bu gün

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma olub.

Günün maraqlı oyunlarından birində Şərq konfransında qərarlaşan “Filadelfiya Seventi Siksers” “Mayami Hit”i qəbul edib.  Oyuna daha fəal başlayan “Mayami Hit” ilk hissədə ciddi üstünlüyə yiyələnib. 41-31. 2 ci periodda da təşəbbüsü əldən verməyən “Mayami” basketbolçuları böyük fasiləyə  67-46 hesabı ilə yollanıblar.  Fasilədən sonra da üstünlüyü qorumağı bacaran “Mayami Hit” mövsümdə 43-cü qələbəsini qazanıb. Matçın ən məhsuldar basketbolçusu “Mayami Hit”in oyunçusu Cimi Batler” olub. 24 xal, 3 ribaund, 6 asist.“Mayami Hit” yarış cədvəlində 7-ci, “Filadelfiya Seventi Siksers”  3-cü pillədə qərarlaşır.

Günün digər oyunlarında “Klivlend Kavalyers” “Orlando Məcik”ə 118-94, “San Antonio Spörs” “Portlent Treyl Blezzers”ə 129-127, “Oklahoma Siti Tander” “Yuta Cazz”a 114-98, “Finiks Sans” “Denver Naqqets”ə 119-115 hesabı ilə qalib gəlib.