NBA-da bu gün
NBA-nın pley-off mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Sakramento Kinqs” pley-off un ikinci oyununda “Qolden Steyt Vorriorsu qəbul edib. Görüşə daha fəal başlayan oklahomalılar ilk periodu 23-17 üstün bitiriblər. Böyük fasiləyə qədər toparlanan “Sakramento” basketbolçuları hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar. 58- 52. Oyunun qalan vaxtında hesabı qorumağı bacaran “Sakramento Kinqs” əzimkar qələbə qazanıb. 114-106. Seriyada 2-0 önə keçən “Sakramento Kinqs”, “Vorriors” səfərinə sərfəli nəticə ilə yollanacaq. Matçın ən məhsuldar basketbolçusu “Qolden Steyt Vorriors”un oyunçusu Stefen Köri olub. 28 xal, 3 ribaund, 6 asist.
Pley-off un digər cütündə “Fildalefiya Seventi Siksers” “Bruklin Nets”i qəbul edib. Görüşün ilk periodu bərabərliklə bitib. 25-25. Böyük fasiləyə qədər fəallaşan “Bruklin Nets” hesabda önə keçməyi bacarıb. 49-44. Fasilədən sonra oyunun senarisi dəyişib. “Filadelfiya Seventi Siksers” ilk oyunda olduğu kimi bu görüşdə də geri dönüş etməyi bacarıb. 96-84 hesablı qələbə qazanan “Filadelfiya Seventi Siksers” seriyada 2-0 önə keçib. Matçın ən məhsuldar basketbolçusu 33 xal, 3 ribaundla “Filadelfiya”nın oyunçusu Tayres Maksey olub.