NBA-da son durum

NBA-nın yarımfinal mərhələsində mübarizə davam edir.

Sportline.az xəbər verir ki, “Boston Seltiks” pley-off un 2-ci oyununda “Filadelfiya Siksers” ilə qarşılaşıb. Görüşə daha fəal başlayan “Seltiks” basketbolçuları ilk periodu öndə bitiriblər. 28-22. Təşəbbüsü əldən verməyən “Boston Seltiks” böyük fasiləyə də üstün yollanıb. 57-49.

Fasilədən sonrada üstün oyun nümayiş etdirən “Seltiks” yekunda 121-87 hesabı ilə inamlı qələbə qazanıb. Seriyada hesab bərabərləşib. 1-1. Matçın ən məhsuldar basketbolçusu “Boston Seltiks” oyunçusu Celon Braun olub. 25 xal, 3 ribaund, 4 asist.

Qeyd edək ki, bu gecə daha bir yarımfinal matçı keçiriləcək.

Söhbət “Los Anceles Leykers”- “Qolden Steyt Vorriors” (1-0) görüşündən gedir.