NBA-dan son xəbərlər
NBA-nın müntəzəm çempionatı davam edir. Sportline.az çempionatdan son xəbərləri təqdim edir:
NBA-nın Şərq konfransında qərarlaşan “Klevlend Kavalyers” uğurlu mövsüm keçirir. “Kavalyers” 1998 ci ildən bəri Lebron Ceyms olmadan pley-ofa qalmağı bacarıb. Qeyd edək ki, “Kavaliers” bu mövsüm NBA-da 48 qələbə ilə 4-cü pillədə qərarlaşır.
Fevral ayında “Bruklin Nets”dən “Dallas Maveriks”ə keçən Kayri İrvinq uğursuz çıxışı ilə yadda qalır. O, “Dallas Maveriks” ilə çıxdığı 20 matçın 13 də məğlubiyyətlə barışıb. “Dallas Maveriks” Qərb konfransında 36 qələbə ilə 11-ci pilləddə qərarlaşır.
Zədə üzündən uzun müddətli fasilədən sonra sıraya dönən Lebron Ceyms “Çikaqo Bullz”la oyunda karyerasında 2 ci dəfə oyuna ehtiyatda başlayıb. Qeyd edək ki, onun ilk dəfə ehtiyatda başladığı görüş 2007-ci ildə “Klevlend Kavaliers” forması ilə “İndiana Peysers”ə qarşı olub.
“Dallas Maveriks”in ulduz basketbolçusu Luka Donçiç bu sezon 16 cı texniki foulunu alıb. Bununla da o, “İndiana Peysers”lə oyunda forma geyinə bilməyəcək.