NBA-dan yeniliklər

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) Qərb konfransında qərarlaşan “Sakramento Kinqs” pley-ofa qalmağı rəsmləşdirib.

Sportline.az xəbər verir ki, sakramentolular bu uğura 2006-cı ildən bəri ilk dəfə nail olublar.

Qeyd edək ki, “Sakramento Kinqs” 46 qələbə ilə 3-cü pillədə qərarlaşır.
 

NBA-də pley-ofa qalmağı rəsmləşdirən “Klevlend Kavaliers” klubunun basketbolçusu Donavan Mitçel “Kavalyers”də tarixi uğura imza atıb.

Belə ki,  o, Lebron Ceymsdən sonra 1 sezonda 10 matçda 40+ xal toplamağı bacaran ilk oyunçu olub.