NBA-dan yeniliklər

Sportline.az Amerika Milli Basketbol Assosiasiyasından (NBA) yenilikləri təqdim edir:

“Dallas Maveriks” “Atlanta Houks”a 132-130 məğlubiyətinin ardından play-in pilləsindən geri düşüb.

Qeyd edək ki, “Dallas Maveriks” son 8 oyunda 7 məğlubiyyət alıb. 

Lebron Ceyms karyerasında daha bir uğura imza atıb. 4 qat NBA çempionu 107-ci trip-dabləna “Hyuston Roketsi” ilə matçda nail olub.

NBA-nın ən yaxşı gənc oyunçuları arasında göstərilən “Hyuston Rokets”in türkiyəli basketbolçu Alpərən Şəngün “Los Anceles Leykers” ilə qarşılaşmada gözəl oyunu ilə yadda qalıb. 18 xal 15 ribaund 5 asist 3 blok. Qeyd edək ki, “Hyuston Rokets” Qərb konfransında sonuncu pillədə qərarlaşır.

“Toronto Reptors”un amerikalı basketbolçusu Fred Van Vlet klub tarixinin rekorduna imza atıb. Belə ki, “Şarlot Hornets” ilə qarşılaşmada 20 asistə imza atan oyunçu, bu nominasiyada rekord müəyyələşdirib. Qeyd edək ki, “Toronto Reptors” Şərq konfransında 9-cu pillədə  qərarlaşır.

“Los Anceles Leykers” NBA tarixində 3500-ci qələbəsini qazanıb.
Hazırda komanda Qərb konfransında 7-ci pillədə qərarlaşır.