NBA-dan yeniliklər
Sportline.az Amerika Milli Basketbol Assosiasiyasından (NBA) yenilikləri təqdim edir:
“Finiks Sans” Kevin Dürantın meydanda olduğu 7 oyunun hamsında qələbə qazanıb. Qeyd edək ki, “Finiks Sans” Qərb konfransında 4-cü pillədə qərarlaşır
MVP mükafatının qalibi olmaq yolunda əmin addımlarla irəliləyən Coel Embiid “Boston Seltiks” ilə qarşılaşmada möhtəşəm performans ilə yadda qalıb. 52 xal, 13 ribaund, 6 asist, 2 blok. Qeyd edək ki, Embiidin çıxış etdiyi “Filadelfiya Siksers” komandası Şərq konfransında 3-cü pillədə qərarlaşır.
Qərb konfransında həftənin oyunçusu mükafatı bəlli olub. Bu uğura “Los Anceles Leykers”sin basketbolçusu Entoni Deyvis layiq görülüb.
“Yuta Cazz”ın basketbolçusu Lauri Markkanen NBA tarixində bir ilkə imza atıb. Belə ki, finlandiyalı oyunçu 1 sezonda 200+ 3 xallıq atış və 100+ smaç etməyi bacaran ilk basketbolçu olub.
“Qolden Steyt Vorriors” üçün pley-off öncəsi gözəl xəbər. Belə ki, komandanın zədəsini sağaldan aparıcı oyunçusu Endrü Vigginsin “Oklahoma Siti Tander” ilə qarşılaşmada olacağı bildirilir.
ESPN-nin məlumatına görə, “Hyuston Rokets” bu yay Jeylen Brounu heyətinə qatmaq istəyir.