NBA: "Denver Naggets"dən fanatlarına hədiyyə

NBA-nın final seriyasının ilk iştirakçısı məlum olub.

Sportline.az xəbər verir ki, "Denver" "Los Anceles Leykers" üzərində 4-cü qələbə ilə Qərb konfransının final seriyasında məsələyə aydınlıq gətirib. (4-0)

Komandalar arasında 4-cü qarşılaşma 113:111 hesabı ilə başa çatıb.

Matçın ən məhsuldar oyunçusu "Leykers"in basketbolçusu Lebron Ceyms olub. 40 xal, 10 ribaund. 

"Denver" finalda "Boston" - "Mayami" cütünün qalibi ilə görüşəcək. Hazırda "Mayami Hit" seriyada 3-0 hesabı ilə irəlidədir.