NBA: "Qolden Steyt" "Los-Anceles Klippers"lə məsələyə aydınlıq gətirdi
NBA-nın ilkin pley-off mərhələsində mübarizə davam edir. Sportline.az xəbər verir ki, bu gün daha bir yarımfinalçının adı məlum olub.
Söhbət “Qolden Steyt Variors”dan gedir. Seriyada 3-2 hesabı ilə irəlidə olan “Qolden Steyt” basketbolçuları “Los Anceles Klippers”lə səfər matçında məsələyə tam aydınlıq gətiriblər. Gərgin mübarizə şəraitində keçən oyunda 129-110 hesabı ilə qalib gələn qonaqlar növbəti mərhələyə adlayıblar. Qələbədə Qolden Steytin lideri Kevin Dürant əsas pay sahibi olub. 30 yaşlı forvardın aktivində 50 xal var.
NBA-nın hazırkı çempionu, yarımfinalda “Yuta Caz”ı mübarizədən kənarlaşdıran “Hyuston Rokets”lə qarşılaşacaq.