NBA: Son yarımfinalçı müəyyənləşdi
“Sakramento Kinqs” pley-off un 7-ci oyununda “Qolden Steyt Vorriors”u qəbul edib.
Sportline.az xəbər verir ki, görüşə daha fəal başlayan “Sakramento”basketbolçuları ilk periodu öndə bitiriblər. 31-30. Təşəbbüsü əldən verməyən “Sakramento Kinqs” böyük fasiləyə də üstün yollanmağı bacarıb. 58-56. Fasilədən sonra toparlanan kaliforniyalılar Stefen Körinin inamlı oyunu sayəsində geri dönüş etməyi bacarıblar. 120-100 və “Vorriors” yarımfinaldadır.
Pley-offlar tarixinin 7-ci oyunlarında 50 xal toplayan ilk basketbolçu olan Stefen Köri yeni bir rekord müəyyənləşdirib. Matçın da ən məhsuldar basketbolçusu elə Köri olub. 50 xal, 8 ribaund, 6 asist. Qeyd edək ki, “Qolden Steyt Vorriors” yarımfinalda “Los Anceles Leykers”in rəqibi olub.
Günün digər oyununda yarımfinalda “Mayami Hit” “Nyu-York Niksi 108-101 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gecə daha 2 yarımfinal oyunu keçiriləcək.
“Filadelfiya Seventi Siksers” – “Boston Seltiks”
“Finiks Sans” – “Denver Naqqets” (0-1)