“Neftçi” bu gün “Zenit”lə yoxlama görüşü keçirəcək
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq.
İyulun 1-də “Match TV” turniri çərçivəsində Sankt-Peterburqda üz-üzə gələn komandalar bu dəfə “Neftçi Arena”da qarşılaşacaqlar. Klubların millilərə qoşulan oyunçuları bugünkü matçda iştirak etməyəcəklər. Görüşü Rauf Cabarov idarə edəcək.
Qeyd edək ki, Rusiyada reallaşan qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.
Yoxlama görüşü
18 noyabr
21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya)
Bakı. “Neftçi Arena”.