“Neftçi” - “Jelezniçar” matçında anşlaq olacaq

Konfrans Liqasının II təsnifat mərhələsinin avqustun 3-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.

Sportline.az xəbər verir ki, klub bu haqda rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.

Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, "Neftçi" Bosniya və Herseqovinada keçirilən oyundan bərabərliklə (2:2) ayrılmışdı.