"Neftçi" 3-cü mərhələdə

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi" də bu gün meydana çıxıb.

"Ağ-qaralar" Bakıda "Jelezniçar"ı qəbul edib. Sarayevoda keçirilən ilk görüşdə 2:2 hesablı heç-heçə edən komandaların bugünkü matçında "Neftçi" 2 cavabsız qolla qalib gəlib və 3-cü mərhələyə yüksəlib.

"Neftçi" 3-cü mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək və ilk görüşünü səfərdə keçirəcək.

3 avqust

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00."Neftçi" (Azərbacan) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0 

Qollar: Kenni Sayef, 20 (1:0), Eddi İsrafilov, 68 (2:0)

Baş hakim - Balazs Berke (Macarıstan).

İlk oyun - 2:2

Bakı. "Bakcell Arena"