"Neftçi" Minsk "Dinamo"suna qarşı
“Neftçi” komandası bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gələcək.
Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək oyun saat 20:00-da strt götürəcək.
Cavab qarşılaşması iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərində olacaq.
20:00. "Neftçi" - "Dinamo"
Baş hakim: Kostas Fellas, Kipr
(8-ci km stadionu)