"Neftçi" "Qəbələ" ilə görüşə itkilərlə çıxacaq

"Neftçi"nin iki futbolçusu "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII turunun matçını buraxacaq.

Sportline.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadla xəbər verir ki,bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.