"Neftçi" və "Sabah"ın potensial rəqibləri ilk oyunlarını keçiriblər

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk oyunları arxada qalıb.

Sportline.az xəbər verir ki, təmsilçilərimiz “Neftçi” və “Sabah”ın II mərhələdəki potensial rəqibləri də ilk oyunlarını keçiriblər. 

“Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” klubu və Latviyanın RFŞ kollektivi birincilərin meydanında üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi”nin potensial rəqiblərinin qarşılaşmasında isə “Jelezniçar” (Bosniya və Herseqovina) “Dinamo”nu (Minsk, Belarus) qəbul edib. Bu oyunda 2:2 hesabı qeydə alınıb.

Cavab görüşləri iyulun 20-də keçiriləcək.