“Neftçi”də 250-ci oyununu keçirib
Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.
O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Mahmudov Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqasında baş tutub.
Qeyd edək ki, Emin Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, Azərbaycan Kubokunda 6, qitəmiqyaslı turnirlərdə 9 dəfə fərqlənib.