"Neftçi"nin "Beşiktaş"la cavab matçının hakimləri bilindi
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş”la səfər oyununun təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yulian Veinberger olacaq. Ona yan xətt hakimləri Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ştefan Ebner yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Neftçi" oyunu 17 avqust tarixində Bakı vaxtilə saat 21:00-da "Vodafone Park" stadionunda baş tutacaq.