"Neftçi"nin futbolçusu: "Bu nəticəyə layiqik"
"Bir həftə ərzində qələbə qazanmaq üçün çox çalışmışıq. Biz bu nəticəyə layiqik və böyük komandayıq".
Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov Bakıda Kiprin "Aris" klubuna 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Görüşdə ikinci qolun müəllifi olan 30 yaşlı yarımmüdafiəçi artıq III təsnifat mərhələsinə hazırlaşacaqlarını bildirib: "Qarşıdakı rəqibimizi analiz edəcəyik və növbəti dəfə qələbə qazanmağa çalışacağıq. Azarkeşlərə təşəkkür edirəm. Komandanı sonadək dəstəklədilər. Onların dəstəyi bizə çox köməklik etdi".
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.