"Neftçi"nin rəqibi Vyanadan Bakıya yola düşüb
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Avstriyanın "Rapid" klubu Bakıya yola düşüb.
Sportline.az xəbər verir ki, komanda Avstriyanın paytaxtı Vyanadan Bakıya 2800 km yol qət etməli olacaq.
Saat 19:15-dən etibarən "Rapid"in baş məşqçisi Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı və məşqi olacaq.
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.