"Nəticələr üçün vaxt lazımdır" - Adrian Mutu

"Nəticələr üçün vaxt vacibdir. Səbir və inam da önəmlidir".

Sportline.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu mətbuat konfransında deyib.

Mütəxəssis komandasının çox tənqid oldunduğunu bildirib: "İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik".

A.Mutu qeyd edib ki, komandadakı bütün futbolçulara eyni şansı verir: "Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır".

O, Yens Anderssonun "Neftçi"nin yeni idman direktoru təyin olunmasına da toxunub: "Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram".

Mütəxəssis yeni transfer Reziuan Mirzov haqqında bunları deyib: "Reziuan Mirzovun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, o, komandaya hazırlıqsız qoşulmuşdu".

A.Mutu sonda Misli Premyer Liqasının 11-ci turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqqında danışıb: "Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq. Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik".