Neveş: "Sanki bir yuxu idi"
Portuqaliya çempionatının 11-ci turunda "Benfika" "Sportinq"lə oyunda son dəqiqələrdə vurulan qollarla qələbə qazanıb.
Sportline.az Portuqaliya mətbuatına istinadla xəbər verir ki, meydan sahiblərinin 19 yaşlı yarımmüdafiəçisi Joao Neveş qələbə təəssüratlarını bölüşüb.
"Sanki bir yuxu idi. Artırılmış dəqilərdə hesabı bərabərləşdirdim. 3 dəqiqə sonra qələbə qolu vuruldu. İnanılmaz idi. Azarkeşlərimizi təbrik edirik" - deyə Neveş bildirib.