Neymar 12 il sonra qol vurdu
Braziliyalı hücumçu Neymar, "Santos" klubuna qayıtdıqdan sonra ilk dəfə qol vurub.
Sportline.az xəbər verir ki, Neymar-ın komandası "Aqua Santa" ilə qarşılaşıb. Neymar, oyunun 14-cü dəqiqəsində penaltini düzgün icra edərək hesabı açıb.
Görüş, "Santos"un 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir və 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb. Futbolçu bu qış "Santos"a geri dönüb.