Neymar "Barselona"ya qayıtmaq istəyir

Neymar "Barselona"ya qayıtmaq istəyir. SportLine.az "El Mundo"ya istinadən xəbər verir ki, braziliyalı hücumçu PSJ-də olduğu müddətdə bir neçə dəfə sabiq komandası ilə əlaqə saxlayıb. O, klubun, həm rəhbər şəxsləri, həm də futbolçularla qayıtmaq barədə müzakirələr aparıb.

Məlumatda qeyd olunur ki, 26 yaşlı forvard PSJ-yə keçməyini səhv qərar kimi dəyərləndirir. Onun tez bir vaxtda "Barselona"ya qayıtmaq istədiyi, "Barselona" rəhbərliyindən bu yöndə çalışmasını xahiş etdiyi yazılıb.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.