Neymar göz yaşları içində meydanı tərk edib
Dünya futbolunun daha bir ulduzu sönmək üzrədir.
Sportline.az xəbər verir ki, söhbət Neymardan gedir. Braziliyalı futbolçu zədələrdən yaxa qurtara bilmir.
Fantastik məbləə müqabilində "Əl-Hilal"a transfer olunsa da zədə üzündən bir il yaşıl meydanlardan kənarda qalan hücumçunun Vətənə dönüşü də uğursuz alınıb.
"Santos"un 33 yaşlı futbolçusu bu tur "Atletiko" ilə oyunda sol ayağından zədələnərək meydnı göz yaşları içində tərk edib.
Qeyd edək ki, Neymarın ulduzu "Barselona" və PSJ-də parlamışdı.