Neymar son məşqdə niyə iştirak etməyib?
"Əl-Hilal"ın hücumçusu Neymar yanvarın 2-də komandanın məşqində iştirak etməyib.
Sportline.az xəbər verir ki, buna səbəb isə qarın ağrısı olub. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı braziliyalı bu mövsüm cəmi 2 oyuna çıxıb və ümumilikdə 42 dəqiqə meydanda olub. O, noyabr ayından omba zədəsini sağaldıb. Bundan əvvəl isə çarpaz bağın yırtılması səbəbindən bir il futboldan uzaq düşüb.