"Neymarı transfer etmək fikrimiz yoxdur" - "Barselona" prezidenti

"Neymarın komandaya qaytarılması ilə bağlı PSJ ilə danışığımız olmayıb". SportLine.az xəbər verir ki, bu sözləri "Barselona" klubunun prezidenti Xosep Bartomeu deyib. 

Klub rəhbəri açıqlamasında, "Artıq yeni mövsüm üçün hazırlıqlara başlamışıq. Bir neçə futbolçu ilə danışıqlar aparırıq. Amma Neymarı transfer etmək fikrimiz yoxdur. Bu barədə, nə PSJ, nə də onun atası ilə danışığımız olub. PSJ-nin də Neymarı buraxacağına inanmıram", - deyib.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro müqabilində PSJ-yə keçib.