Neymarın qulluqçusu futbolçudan 368 min avro tələb edir
“Əl-Hilal”ın ulduz forvardı Neymarın qulluqçusu ondan 368 min avro tələb edir.
Sportline.az "RMC Sport" istinadla xəbər verir ki, buna səbəb Neymarın villasında işləyən çoxuşaqlı qadının il yarımdan çox həftənin yeddi günü, istirahət günləri olmadan işləməyə məcbur eedilməsi iddiasıdır. Hətta qulluqçu əlavə işinə görə bonus da almayıb və sənədsiz işləyib.
Artıq qulluqçu futbolçuya qarşı cinayət işinin açılmasını tələb edir.