Nikolo Zaniolo İtaliya klubuna transfer oluna bilər

"Qalatasaray"a məxsus olan Nikolo Zaniolo üçün İtaliya klubunun rəsmi təklif göndərdiyi bildirilib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 24 yarımmüdafiəçi üçün "Fiorentina" klubunun "sarı-qırmızılar"a 22,5 milyon avro təklif etdiyi bildirilib. 

"Qalatasaray" klubu Nikolo Zaniolonun transferi ilə bağlı ekun qərarını verməyib. 

Qeyd edək ki, italiyalı futbolçu hazırda çıxış etdiyi "Aston Villa" klubuna icarə əsasında transfer olunub.