Novak Cokoviç Paris turnirinin ilk görüşündə qalib gəldi

Fransanın paytaxtı Parisdə ATP seriyalı "Masters" turnirinin ikinci mərhələsinin görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, turnirin favoritlərindən sayılan Novak Cokoviç ilk görüşünə çıxıb.

ATP reytinqinin lideri, serbiyalı raketka ustası ilk olaraq macarıstanlı Marton Fuçoviçlə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Cokoviç məhələ adlayıb.